115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.
 

Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhrizdə olduğunu deyib.


O, öz əlamətdar gününü ailəsi ilə birlikdə qeyd edib. Ad günündə 15 nəvəsi iştirak edib.
 

Yaşlı qadın, 110 ildən çox müddət ərzində onu güclü və sağlam saxlayan yeganə şeyin lobya ilə zəngin qida rasionu olduğunu bildirib. Qadın 1908-ci ildə anadan olub. “Titanik” batarkən onun dörd, Birinci Dünya Müharibəsi başlayanda altı yaşı var idi.
 

Helena lobya ilə yanaşı, yaxşı yuxu, müntəzəm idman və xoşbəxtliyin də uzun ömür sürməsində vacib amillər olduğunu bildirib. Ailəsinin dediyinə görə, qocalmasına baxmayaraq, qadın aktiv həyat keçirdir, düşüncəsi tam yerindədir və özü sərbəst olaraq öz işlərini gördüyü üçün tək yaşayır.


O, nəvəsi ilə tez-tez bazarda alış-verişə gedir və aktiv qalmaq üçün müntəzəm gəzintilərə çıxmağı xoşlayır.


Qadın fermada doğulub. Təqaüdə çıxmazdan əvvəl mama və tikişçi kimi işləyib. Nəvəsi Adriananın dediyinə görə, o, hələ də paltar tikir və peşəkarcasına parça kuklalar hazırlayır.
 

Helenanən əri 2004-cü ildə 103 yaşında vəfat edib. Cütlük 26 yaşında ikən ailə həyatı qurub və 6 övladları, 10 nəvəsi, 15 nəticələri var. Təəssüf ki, övladlarının çoxu dünyasını dəyişib, Helena nəvə və nəticələri ilə gözəl həyat yaşayır.


2020-ci ildə verdiyi müsahibədə Helena sadəcə yüksək qan təzyiqinə görə dərman içdiyini bildirib.
 

Ginnesin Rekordlar Kitabına görə isə, yaşayan ən yaşlı insan titulu bu ilin mart ayında 116 yaşı tamam olan ispaniyalı Maria Branas Moreraya məxsusdur.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...