"Mədəniyyət Könüllüləri" aparıcı kastinqi keçirdi

5 dekabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə aparıcı kastinqi baş tutub.

 

Sfera.az xəbər verir ki, İctimai Birliyin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə kastinqin keçirilməsinin əsas məqsədi yeni və istedadlı gənc aparıcıları aşkara çıxartmaq, onlara aparıcılıq fəaliyyətlərində dəstək olmaqdan ibarətdir. Bu gün kastinqə 70-ə yaxın iştirakçı gəlib. Seçilən gənclərə təcrübəli aparıcılar tərəfindən təlimlər keçirilməsi nəzərdə tutulub.

 

Münsiflərdə olan Əməkdar artist, rejissor Nicat Kazımov, Əməkdar artist Elnur Kərimov, qiraətçi Xəzər Süleymanlı, tanınan televiziya aparıcıları Samirə Mustafayeva, Jalə Həsənli, Aynur Fətullayeva, o cümlədən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli  tərəfindən iştirakçılar dinlənilərək müabiqənin meyarlarına uyğun qiymətləndiriliblər. 

 

İştirak etmək istəyənlərin müraciətinə əsasən yaxın günlərdə daha bir kastinqin baş tutacağı bildirilib.


OXŞAR XƏBƏRLƏR