Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxdu

Sağlıq
16:15 / 05.12.2023
16628
Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə təhsil müəsisəsindən məlumat verilib.
Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".