31 illik tarixə SƏYAHƏT: Hərb Tarixi Muzeyindən FOTOREPORTAJ

31 illik tarixə SƏYAHƏT: Hərb Tarixi Muzeyindən FOTOREPORTAJ

1992-ci ildə Müdafiə Nazirliyinin nəzdində Azərbaycan Hərb Tarixi Muzeyi yaradılıb.

 

Sfera.az bildirir ki, hazırda muzey fondunda 11000-nə yaxın eksponat var. Belə ki, bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir.

 

Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, "44 günlük müharibə", “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir.

 

Əməkdaşımız sözügedən muzeydən maraqlı fotoreportaj hazırlayıb.

 

Həmin fotoları təqdim edirik:

 

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR