Qonşu ölkədə havanın temperaturu mənfi 60 dərəcəyə düşəcək

Qonşu ölkədə havanın temperaturu mənfi 60 dərəcəyə düşəcək

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada temperatur mənfi 56 dərəcəyədək düşüb.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Milli Meteorologiya Xidməti məlumat yayıb. Mütəxəssislər Oymyakonda temperaturun mənfi 60 dərəcədən çox hiss ediləcəyini vurğulayıblar.

 

“Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”, deyə qurumdan bildirilib.

 

Məlumata görə, Moskvada qarın qalınlığı yerlərdə 35 santimetrə çatıb. Bu səbəbdən bəzi hava limanlarında uçuşlar təxirə salınıb.

 

“Bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir”, əlavə olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR