Rusiya regiona girmək istəyən Qərbə niyə şərait yaradır?: “İki səbəbi var..”

Rusiya regiona girmək istəyən Qərbə niyə şərait yaradır?: “İki səbəbi var..”

“Rusiya hazırda Ermənistanın Qərblə yaxınlaşmasına şərait yaradır”.

 

Sfera.az bildirir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, rəsmi Moskva həm də İrəvanın həddini aşmamasına çalışır:

 

“Bunun isə iki səbəbi var. Birincisi, Rusiya hazırda bütün gücünü Ukrayna ilə savaşa yönəldib. Qafqazda yaranmış boşluğu Türkiyənin tam tutmaması üçün isə Ermənistanın Qərbə reveranslarının hələlik kəskin şəkildə qarşısını almır. Çünki Kreml Qərbin Ermənistanda arzulandığı qədər möhkəmlənə bilməyəcəyi düşüncəsindədir. Regionda olan Türkiyədən isə bu baxımdan daha çox çəkinir”.

 

Deputat qeyd edib ki,  Ermənistan rəhbərliyinin Qərbə yaxınlaşması Rusiyaya özünə qarşı tətbiq edilən sanksiyaların təsirinin azaldılması üçün də lazımdır:

 

“ABŞ və Avropanın Rusiyaya satışına qadağa qoyduqları malların böyük bir hissəsi məhz Ermənistan üzərindən daşınır. Bir sözlə, Qərbin, ilk növbədə də Fransanın hərəkətləri göstərir ki, əslində onlara da bu regionda Türkiyədənsə,  Rusiyanın dominant güc olması əl verir. Yəni Türkiyə faktoruna görə buna müəyyən şərait yaradırlar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR