ABŞ Ermənistanın “beynini yuyur” - Kreml bunu bağışlamayacaq

ABŞ Ermənistanın “beynini yuyur” - Kreml bunu bağışlamayacaq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Pentaqon rəhbərinin müavini arasında görüş baş tutub. Tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər.

 

Ümumiyyətlə, son zamanlar Vaşinqtonla İrəvan arasında münasibətlər inkişaf edir. ABŞ Ermənistandan regiondakı maraqlarının təmin olunması üçün istifadə edir.

 

Maraqlıdır, müşahidə olunan proseslərə Kremlin reaksiyası necə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-nin Cənubi Qafqazla bağlı son vaxtlar xüsusi fəallıq göstərməsi təsadüfi deyil:

 

“Vaşinqton Bakının bölgədə yeni reallıqlar yaratdığını və artıq sülh dövrünün çatdığını anlayır.  Ehtimal olunan sülh sazişi isə onun bölgəyə çıxışının qarşısını alacaq. Odur ki, rəsmi Vaşinqton Ermənistan üzərində “kökə və qamçı” siyasəti yeridir. Yəni bəzən şirnikləndirir, bəzən də təzyiq göstərir. ABŞ bu görüşlərlə Ermənistanın “beynini yumağa” çalışır”.

 

Müsahibimiz deyib ki, Qriqoryanın rusiyalı həmkarı ilə də danışması mümkündür:

 

“Hər halda Vaşinqton və İrəvan arasında artan təmaslar Moskvanı narahat etməmiş deyil. Nə ABŞ, nə də Rusiyanı Ermənistan düşündürür. Hər iki tərəfi maraqlandıran regional təsir gücüdür. Tərəflər bunun üçün İrəvandan istifadə edirlər. Ona görə də Ermənistan hakimiyyəti "iki stulda oturmağa" davam eləsə, nə Ağ Ev, nə də Kreml İrəvanı bağışlayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR