“Türkiyə ilə çoxsaylı ortaq layihələrimiz var” - Putin

“Türkiyə ilə çoxsaylı ortaq layihələrimiz var” - Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Türkiyə ilə mövcud münasibətlərindən danışıb.

 

Sfera.az xəbər verir ki, Putin Türkiyə ilə tərəfdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib:

 

"Türkiyə ilə ticarət və texnologiya sahələrində çoxlu maraqlı layihələrimiz və ortaq işlərimiz var.Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və bu, uzun illər ərzində müxtəlif sahələrdə qazanılan təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir”. 

 

Putin bildirib ki, Türkiyə ilə ortaqlı təbii qaz paylayıcı mərkəzin yaradılması istiqamətində işlər davam edir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR