Qulaqlıqlar eşitməyə necə təsir edir? – Alimlər yeni nəticələr açıqladı

Qulaqlıqlar eşitməyə necə təsir edir? – Alimlər yeni nəticələr açıqladı

Alimlər qulaqlıqların eşitməyə necə təsir etdiyi barədə yeni tədqiqatlar həyata keçirib.

 

Sfera.az xəbər verir ki, bunu öyrənmək üçün alimlər 1000 nəfərin iştirakı ilə araşdırma aparıb.

 

Araşdırma zamanı gözlənilməz nəticələr əldə olunub. Belə ki, qulaqlıqlardan daimi istifadə edən 35 yaşdan aşağı insanların demək olar ki, yarısı eşitmə qabiliyyətini itirir.

 

2023-cü ilin iyun və oktyabr ayları arasında Böyük Britaniyada 16-35 yaş arasında olan 1000-dən çox insan üzərində aparılan araşdırma, iştirakçıların 49%-nin eşitmə qabiliyyətinin “normaldan aşağı” olduğunu və bunun onların həyat keyfiyyətinə təsir etdiyini müəyyən edilib.

 

Həmçinin aşkar edilib ki, 35 yaşdan kiçik insanların təxminən dörddə birində eşitmə itkisi var və klinik testlərin təhlilinə əsasən, hər beş nəfərdən ikisində eşitmə itkisi var.

 

Tədqiqat iştirakçıları, həmçinin müxtəlif səs-küy səviyyələrinə qarşı rəqəmləri ayırd etmək qabiliyyətini qiymətləndirən dil-səs-küy testi keçiriblər. Alimlər qeyd ediblər ki, eşitmə itkisi əsasən tikinti, yollar və ictimai nəqliyyatdan "təhlükəli yüksək səslə dinləmə" və "şəhər ətraf mühitin səs-küyü" ilə əlaqələndirilir.

 

Tədqiqatçılar qulaqcıqlardan istifadənin populyarlığının bu problemə səbəb olduğunu vurğulayırlar. Tez-tez çox yüksək səslə və fasiləsiz musiqi dinləyən insanlar eşitmə sağlamlığına mənfi təsir göstərə bilər.

 

Mütəxəssislər 60/60 qaydasına riayət etməyi tövsiyə edir. Yəni eşitmə sağlamlığını qorumaq üçün gündə 60 dəqiqədən və 60%-dən çox olmayan səs səviyyəsində musiqi dinləmək lazım olduğunu bildirilib. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...