Samirə qazancını onlara bağışladı

Maqazin
19:08 / 04.12.2023
10082
Müğənni Samirə Əfəndi ötən gün "Altın kelebek" gecəsində mükafat alanlar sırasında yer alıb.
Sfera.az xəbər verir ki, sənətçi tədbir zamanı çıxışı ilə diqqət çəkib. Samirə siması olduğu bir reklam şirkətindən əldə etdiyi gəliri xeyriyyə məqsədiylə sərf edəcəyini açıqlayıb:
"Bütün gəlirimi iki istəyimi gerçəkləşdirməyə ayırdım: Birincisi qazancımın yarısını yaxın keçmişdə Türkiyədə baş verən zəlzələdə ana və atasını itirən uşaqlara ayırıram. Digər yarısını isə Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladlarına bağışlayıram".