“Daha çox uşaq dünyaya gətirin” – Mənzil, təhsil, ərzaq yardımı…

“Daha çox uşaq dünyaya gətirin” – Mənzil, təhsil, ərzaq yardımı…

Şimali Koreya lideri Kim Çen In ölkədə doğum nisbətinin azalmasını dayandırmağın “qadınların vəzifəsi” olduğunu bəyan edib və qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

 

Sfera.az xəbər verir ki, Kim Milli Analar Yığıncağının açılışındakı çıxışında bildirib ki, doğum nisbətlərindəki azalmanı dayandırmaq , uşağa yaxşı baxım və təhsil vermək analarla birlikdə həll edilməli olan ailə problemləridir.

 

Digər tərəfdən, Şimali Koreyada sağlamlıq problemləri ilə məşğul olan "dprkhealth.org" saytının rəsmisi Ahn Kyung-su qeyd edib ki, ölkədəki bir çox ailə birdən çox uşaq sahibi olmağı düşünmür:

 

“Ailələr uşaqlarını böyütmək, onları məktəbə göndərmək və işlə təmin etmək üçün külli miqdarda pul xərcləməli olduğunun fərqindədir”.

 

Şimali Koreyanın dövlət mediasında bu il yayılan xəbərlər göstərir ki, Pxenyan üç və ya daha çox uşağı olan ailələrə pulsuz mənzil, ərzaq, dərman, məişət əşyaları və uşaqlara təhsil dəstəyi də daxil olmaqla bir sıra yardımlar edib.

 

Cənubi Koreya Statistika Agentliyi Şimali Koreyanın hazırkı əhalisinin 25,7 milyon civarında olduğunu açıqlasa da, cənublu rəsmilər Şimali Koreyanın doğuş nisbətinin son 10 ildə durmadan azaldığını bildiriblər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...