Ermənistanın sülh təklifi ilə bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

Ermənistanın sülh təklifi ilə bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH

“Rəsmi Bakı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki, cavab verməyib”.

 

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

 

“Cavab aldıqda ictimaiyyətə məlumat verəcəyik”, - o bildirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən açıqlama manipulyasiya siyasətinin bariz nümunəsidir:

 

“Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb və məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır. Avropa İttifaqı və Vaşinqtona arxalanan Nikol Paşinyan Azərbaycanla bərabər şəkildə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Ermənistan təklif edir ki, anklavlar məsələsi barter şəklində həll edilsin; Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gündəliyə daşımasın; Ermənistan “Sülh qovşağı” planının iştirakçısı olsun”.

 

Ekspert əlavə edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Azərbaycana səfər edərək sülh müqaviləsinin detallarını müzakirə edəcək: “ABŞ diplomatı Azərbaycana Ermənistanın vəkili kimi gələcək”.

 

Xatırladaq ki, noyabrın 21-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün altıncı təklifini göndərib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...