DİM-də rəqəmsal SAT imtahanı keçirildi

DİM-də rəqəmsal SAT imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.

 

Bu barədə Sfera.az-a DİM-dən bildirilib.

 

Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 2-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

 

İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR