Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardımı DAVAM ETDİRİR

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardımı DAVAM ETDİRİR

Azərbaycan fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra başladığı yardım kampaniyasını davam etdirir.

 

Savash.org  “TRT Haber”ə istinadən xəbər verir ki, Azərbaycan Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə 175 kondisioner, 1500 qızdırıcı, 1000 elektrik sobası və 6 200 yorğan və ədyaldan ibarət yardım materialı göndərib.

 

Azərbaycan Diaspora Komitəsi Dəstək Fondunun hazırladığı 18 tonluq yardımı daşıyan yük maşınları paytaxt Bakıdan yola düşüb. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı yardım materialları göndərilməzdən əvvəl verdiyi açıqlamada fevralın 6-da baş verən zəlzələlərdən sonra “Bir millət, iki dövlət” anlayışına uyğun olaraq iki ölkənin bir ürək olduğunu bildirib.

 

Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və onların komandasına təşəkkür edən Bağcı: "Malatyaya 2 min tondan çox humanitar yardım, 500-dən çox yük maşını və 25 vaqondan ibarət bir qatar yardım çatdırıldı", - deyib.

 

"Azərbaycandan Türkiyəyə 2 minə yaxın çadır, 200-ə yaxın konteyner göndərilib. Daha sonra iş adamları, qeyri-hökumət təşkilatları dəfələrlə zəlzələdən zərərçəkənlərə dəstək olublar”, - Bağcı vurğulayıb.

 

Kahramanmaraşda Azərbaycan küçəsinə yaxın ərazidə MİDA tərəfindən Azərbaycan məhəlləsinin yaradıldığını söyləyən Bağcı: "Keçən ay Ankarada 100 milyon dollarlıq qrant müqaviləsi imzalanıb. Bu sənəd Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənərək qüvvəyə minib. Bu yaxınlarda ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki müvafiq məlumatı Azərbaycanın Baş naziri və Milli Məclisin Sədrinə göndərib. Layihə təsdiqlənib. Yer müəyyən edilib. Layihə tezliklə həyata keçiriləcək. Azərbaycan Məhəlləsi layihəsi çərçivəsində Kahramanmaraşda 1000 ev, park, məktəb və bir çox sosial obyekt, o cümlədən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradılacaq”, - deyə əlavə edib.

 

Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bütün Azərbaycanın yardıma səfərbər olduğunu bildirərək: "Daha əvvəl də Kahramanmaraş və Hataya yardım göndərmişdik. Bu dəfə də yardımları qardaşlarımıza çatdırmağı hədəflədik və soyuq qış aylarında çadırlarda qalan qardaş-bacılarımıza kondisioner, qızdırıcılar, qış yorğanları və ədyallar göndəririk", - deyə qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...