Harri Potterin ilk nəşri fantastik qiymətə hərraca çıxarılır

Harri Potterin ilk nəşri fantastik qiymətə hərraca çıxarılır

Məşhur "Harri Potter"in ilk nəşrlərindən biri hərraca çıxarılacaq.
 

Sfera.az bildirir ki, 1997-ci ildə nəşr olunan "Harri Potter və Fəlsəfə Daşı" kitabı Şotlandiyanın dağlıq ərazidə bir kitab mağazasının boşaldılmış səbətində təsadüfən tapılıb.
 

Mütəxəssislərin qiymətləndirməsindən sonra “Hansons” tərəfindən hərraca çıxarılacaq. “Hansons” həmçinin, bu kitabın cəmi 200 nüsxədən biri olduğunu bildirib. Kitabın tövsiyə olunan pərakəndə satış qiyməti £10 olub. İndi onun dəyəri 40 min funt sterlinqdən 60 min funt-sterlinqə çata bilər.


Ekspertlər bu kitabı əsl və fantastik dərəcədə yaxşı qorunmuş nümunə kimi qiymətləndirib.
 

"İlk nəşrləri tapmaq getdikcə çətinləşir. Bu, 1997-ci ildə satın alınan və şəxsi əllərdə olan bir neçə “sağ qalmış” nüsxədən biridir" - deyə Harri Potter üzrə ekspert Cim Spenser bildirib.
 

Hərrac dekabrın 11-də baş tutacaq.
 

Qeyd edək ki, Edinburq yaxınlığında yaşayan bir şotland qadın kitabı 1990-cı illərin sonunda tətili zamanı tapıb.
 

Xatırladaq ki, “Harry Potter” kitabları bütün zamanların ən çox satılan kitabları arasındadır və dünyada 600 milyon nüsxədən çox satılmışdır. C.K.Roulinqin bu əsərləri əsasında filmlər çəkilib, televiziya serialının yaradılması da nəzərdə tutulub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...