İki yaşlı qız Ginnesin Rekordlar Kitabına düşdü

İki yaşlı qız Ginnesin Rekordlar Kitabına düşdü

İnanılmaz istedadları və həmyaşıdları arasında ən yüksək IQ (intellekt) səviyyəsinə görə 2 yaşlı İsla MakNabb rekordçular sırasına qoşulub.
 

Sfera.az bildirir ki, bu barədə Ginnesin Rekordlar Kitabı saytı məlumat verib.
 

İsli Maknabbın atasının sözlərinə görə, qızın bəzi xarakter xüsusiyyətləri onun yaşına xasdır, bəziləri isə o qədər inkişaf edib ki, onları bir-biri ilə tutuşdurmaq qızı üçün çox çətin olur.
 

2 yaşlı qız Stanford-Binet intellekt şkalasında yaşına görə 99% bal toplayıb. Valideynlərinin dediyinə görə, hətta onu xəstəxanadan evə gətirəndə də uşağın qeyri-adi konsentrasiyasını müşahidə ediblər.
 

"Cəmi bir yaşında İsla rəngləri, rəqəmləri və əlifbanı öyrənməyə başladı. Yeddi aylıq olanda o, şəkilli kitablardakı müəyyən əşyaları seçə bilirdi. 18 aylıq olanda əlifbanı təkbaşına öyrəndi, iki yaşında artıq oxumağa başladı” - deyə ata Ceyson MakNabb bildirib.
 

Bundan əlavə, İslanın valideynləri evin hər yerində əşyaların altında rəngli qeyd vərəqləri tapıblar. Belə ki, stulun yanında C-H-A-I-R (stul), divanın yanında isə S-O-F-A (divan) sözləri yazılan vərəqlər qoyulub.
 

Bu zaman qızın anası Amanda İslanı yoxlamağı təklif edib. İki yaş yarım olanda İsla “Mensa International”a üzv olmaq hüququ olan (1%) insanlar sırasına qoşulub.
 

(Mensa İnternational qeyri-kommersiya təşkilatıdır və standart IQ testində 98% və ya daha yuxarı bal toplayan insanlar üçün açıqdır. Bu təşkilat yüksək IQ səviyyəli insanlar üçün dünyanın ən böyük və ən qədim cəmiyyətidir).
 

İslanı sınaqdan keçirən psixoloq istedadlı uşaqlar üzrə ixtisaslaşsa da, o, adətən iki yaşından kiçik uşaqları yoxlamır. Lakin İslanın istedadlarını eşidəndən sonra onu yoxlamağa razı olub.
 

İslanın valideynləri hələ də onun əlifbanı necə və haradan öyrəndiyini bilmirlər.


Ancaq qızın atası deyir ki, belə bir uşaq böyütmək müəyyən çətinliklər törədir.


İndi üç yaşında olan İsla MakNabb Mensa təşkilatının ən gənc üzvüdür və məktəbəqədər təhsil müəssisəsinə gedir.
 

"Qız oxuduqları ilə sanki fəxr edir. O, bir çox fənlərdən orta səviyyədən yuxarı nəticə əldə etsə də, riyaziyyatda xüsusilə güclüdür və bu fənni daha yaxşı mənimsəyir"- qız haqqında verilən məlumatda vurğulanır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...