Corc Santos ABŞ Nümayəndələr Palatasından xaric edildi

Corc Santos ABŞ Nümayəndələr Palatasından xaric edildi

ABŞ Nümayəndələr Palatası Nyu-Yorkdan respublikaçı nümayəndə Corc Santosu Palatadan uzaqlaşdırıb.

 

Sfera.az xəbər verir ki, 311 nəfər Santosun uzaqlaşdırılması ilə bağlı qərarı dəstəkləyib.

 

O, Palata tarixində həmkarları tərəfindən uzaqlaşdırılan altıncı, 2002-ci ildən bəri isə ilk nümayəndədir.

 

Santos səsvermədən öncə onu xaric etmək səylərinə qarşı mübarizə aparıb və Nümayəndələr Palatasında debat, habelə mətbuat konfransı və müsahibələr zamanı özünü müdafiə edib.

 

Onun vəzifə müddəti dediyi çoxsaylı yalanlar və saxtakarlıq iddiaları ilə yadda qalıb.

 

Santos Pensilvaniyadakı Amiş it yetişdiricilərini aldatmaqdan tutmuş, 11 sentyabr terror hücumlarında anasının öldüyünü iddia etməyə qədər bir sıra məsələlərdə ittiham olunur.

 

May ayında pul fırıldaqçılığı, çirkli pulların yuyulması və dövlət vəsaitlərinin oğurlanması da daxil olmaqla 23 ağır cinayətdə ittiham olunub. O isə ittihamları rədd edib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...