"Qarisenda" qülləsi çökmə təhlükəsinə görə BAĞLANDI - FOTO

İtaliyanın Bolonya şəhərindəki məşhur "Qarisenda" qülləsi çökmə təhlükəsinə görə bağlanıb.

 

Sfera.az xarici KİV-ə istindən xəbər verir ki, 47 metr olan qüllə dörd dərəcə bucaq altında əyilir və monitorinq nəticəsində əyilmə istiqamətində sürüşmələr aşkar edilib.

 

Şəhər şurası vəziyyətin çox kritik olduğunu bildirib. Səlahiyyətlilər 12-ci əsrə aid "Qarisenda" qülləsinin çökəcəyi təqdirdə dağıntıların qarşısını almaq üçün onun ətrafında 5 metr hündürlüyündə sədd çəkməyə başlayıblar.

 

Bildirilib ki, sədd dağıntıları saxlamaqla yanaşı, çökmə zamanı ətrafdakı binaları və insanları qoruyacaq. Qüllənin ətrafında metal torlar da quraşdırılır.

 

Səddin 4,3 milyon avroya başa gələcəyi təxmin edilir.

 

Qeyd edək ki, "Qarisenda" qülləsi Bolonya səmasında üstünlük təşkil edən iki qüllədən biridir. Digəri isə təxminən iki dəfə çox hündür olan "Asinelli" qülləsidir və o da əyilir, lakin vəziyyət çox ciddi olmadığı üçün turistlərə açıqdır.

 

Memarlıq abidələri 1109 və 1119-cu illər arasında tikilib. "Qarisenda" artıq əyilməyə başladığı üçün hündürlüyü 14-cü əsrdə olduğundan alçaqdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...