Dünyanın ən yaşlı modeli qocalar evinə köçdü - FOTO

Dünyanın ən yaşlı modeli qocalar evinə köçdü - FOTO

Dünyanın ən qocaman supermodeli hesab edilən 95 yaşlı britaniyalı Daphne Self (Dafne Self) qocalar evinə köçüb.
 

Sfera.az bildirir ki, ingilis model öz nümunəsi ilə qocalmağın gözəl olduğunu göstərmək istədiyini deyib.

O, jurnalistlərə səmimi açıqlamalar verib. Model müsahibəsində bu sahəyə 1950-ci illərdə, 20 yaşında daxil olmasına baxmayaraq, əsl karyerasının yalnız 70 yaşında başladığını bildirib. Onun karyerasında diqqət çəkən məqamlar arasında “Dolce & Gabbana”, “Tate-Naka” və “Nichiko Koshino” kimi brendlərin podiumlarında çıxışları, bir çox Bond filmlərindəki rollarını xüsusilə qeyd etmək lazımdır. O, həmçinin, pivə, şərab, peçenye və s. məhsulların reklam roliklərində yer alıb və işinin bir hissəsi olaraq çoxlu səyahət edib.


Özü şəhərətrafı qəsəbədə məskunlaşıb. Qadın üçün çətin sayılan peşəsində həyat yoldaşının onu daim dəstəklədiyini deyən Dafne üç övlad böyüdüb. Təsərrüfatla da məşğul olan model, ev heyvanlarına qulluq etməkdən zövq aldığını deyir.


Onun karyerası, qəribə də olsa, 70 yaşında parlayıb. Fotoşəkilləri moda sahəsinin bir nömrəsi sayılan “Vogue” səhifələrində çıxıb. “Vogue” üçün çəkilişlərlə yanaşı, “Dolce & Gabbana” da onun reklamlarında görünməsini istəyirdi. Beləliklə, karyerası onu Çin, Çili, Norveç, Braziliya və Yeni Zelandiyaya aparıb.


Dafne yaşın sadəcə bir rəqəm olduğunu uğurla sübut edib. Daim cavan görünən model, bu yolda sadə gözəllik sirlərinin ona kömək etdiyini qeyd edir.


"Mən indi çox makiyaj etmirəm, amma edirəmsə də, yatmazdan əvvəl həmişə üzümü təmizləyirəm"-deyə o, kiçik sirrini bölüşür.
 

Dəriyə qulluq məsələsinə gəlincə, Dafne heç nəyə ehtiyacı olmadığını, adi nəmləndirici kremin kifayət etdiyini deyir.


Digər yaxşı vərdiş isə gündə ən azı beş dəfə çoxlu su içməkdir.
 

Qidalanmaya gəldikdə, daim bəyəndiyi qidaları qəbul edir. Baxmayaraq ki, müharibə vaxtı onun bu meyllərinə güclü təsir göstərib:
 

"Müharibə dövrü uşağı olanlar bilir, çox yeyə bilmirsən və məncə bu, travma ömürlük səninlə qalır".
 

Sadə dəriyə qulluq üsulları və sağlam qidalanma rejiminə əlavə olaraq, Dafne daim təbiətdə olmağın faydalarını da yüksək qiymətləndirir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...