Necə sağ qaldıqları hələ də sirrdir - Bu ailə yadplanetlilərlə müqayisə edilir

Necə sağ qaldıqları hələ də sirrdir - Bu ailə yadplanetlilərlə müqayisə edilir

Dominikan Respublikasından olan bir ailə qəribə bir xəstəlik səbəbindən yadplanetlilərlə müqayisə edilib. Xəstəlik üzün defformasiyaya uğramasına səbəb olur.
 

Sfera.az bildirir ki, ümumilikdə dünyada cəmi 40 belə hal qeydə alınıb.

 

12 bacı-qardaşdan beşi sirli xəstəliyin eyni qeyri-adi simptomlarından əziyyət çəkir. Onların sözlərinə görə, uşaqlıqdan o qədər zorbalıqlara məruz qalıblar ki, yadplanetlilərlə bağlı nəzəriyyələrə inanmağa başlayıblar. Daim lağ-lağı və məsxərə obyekti olduqlarını deyən ailə, buna artıq öyrəşdiklərini bildirir.
 

12 ailə üzvündən beşinin gözləri geniş, almacıq sümükləri yekə, burunları kələ-kötür, diş quruluşları və sağlamlıqları pis durumdadır. Qəribədir ki, digər qardaş və bacılara heç bir zərər dəyməyib.
 

Mütəxəssislər İsaias, Graciosa, Presesa, Antonio və Miguelina Bautistanın yaşadığı qəribə simptomları anlamaqda çətinlik çəkirlər. Onlar uşaqlıqdan belə olublar.
 

Digər insanlardan fərqli olduqları üçün istehzalı, amansız adlar, hətta, yadplanetli adlandırılıblar.


Üz defformasiyası ilə yanaşı, bacı-qardaşlar baş ağrıları, nəfəs almaqda çətinlik, başgicəllənmə və əzələ ağrılarından əziyyət çəkirlər. Onlar Dominikan Respublikasının kiçik Jinova de San Juan kəndində kasıb bir ailədir. Bundan əlavə, bacı-qardaşlarda həkimlərin şübhələndiyi kimi, leontiaz xəstəliyinin diaqnozu aşkarlanmayıb. Ekspertlər tam əmin olmasalar da, bu diaqnoz üzərində işləyirlər.



Nevroloq Dr. Franly Vasquez leontiazı çox nadir bir xəstəlik kimi təsvir edir. İndiyə qədər bu xəstəlik üzrə cəmi 40 hal qeydə alınıb. O, əlavə edib ki, xəstələrdə üz və kəlləni meydana gətirən sümüklərdə kalsium yığılması müşahidə olunur. Bautista qardaşlarının üz sümüklərinin nəzarətsiz böyüməsi sinirlərə güclü təzyiq göstərərək görmə əngəli, eşitmə zəifliyi, zehni gerilik və digər sağlamlıq problemlərinə səbəb ola bilər.


"Təəssüf ki, bu xəstəliyin müalicəsi yoxdur. Müalicə yalnız simptomları yaxşılaşdırmağa yönəlib"-deyən doktor Vazquez gənclərin hələ də sağ qalmasını möcüzə hesab edir.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...