90 yaşlı qadın morqda dirildi

90 yaşlı qadın morqda dirildi

Braziliyalı Norma Silveira da Silva "dirildildikdən" sonra dünya manşetlərinin gündəminə çevrilib. Bu dəhşətli hadisənin necə baş vermə ehtimalı isə Tibbi Etika Komitəsi tərəfindən araşdırılır.


Sfera.az bildirir ki, San Jose Xəstəxanasının həkimləri noyabrın 25-də 90 yaşlı qadının infeksiyadan öldüyünü təsdiqləyiblər. Bundan sonra qadının cəsədi krematoriyaya aparılıb. Burada işçilərdən biri təsadüfən onun sağ olduğunu görüb. Qadın hələ isti olub və çətinliklə də olsa nəfəs alıb.


Qadının yenidən xəstəxanaya çatdırıldığı, lakin təəssüf ki, bir neçə saat sonra dünyasını dəyişdiyi bildirilir. İndi hüquq-mühafizə orqanları bu dəhşətli səhvin necə baş verə biləcəyini müəyyənləşdirir.


Mərhumun baxıcısı Silvi Pereira deyir: "Bu, öz işinə məsuliyyətsiz yanaşma və etinasızlıqdır. Bunu heç kimə arzulamazdım. Əlbəttə, biz məhkəməyə verəcəyik".
 

O əlavə edir ki, Normanın cəsədi xəstəxanadan krematoriyaya o qədər tez aparılıb ki, ailə üzvləri onu görüb vidalaşmağa vaxt tapmayıb. Xoşbəxtlikdən, krematoriya işçisi onun sağ olduğunu görüb.


Braziliyanın Tibbi Etika Komitəsi dəhşətli işin təhqiqatına başlayıb. Santa Catarina əyalətinin regional tibb şurasının rəsmiləri işə nəzarət etmək üçün bütün lazımi prosedurlardan istifadə edəcəklərini bildiriblər.


Qadının ikinci ölüm şəhadətnaməsində onun septik şokdan öldüyü bildirilir.



Qadının cəsədi bazar ertəsi, noyabrın 27-də kremasiya edilib.



Yeri gəlmişkən, bu, ilk belə hekayə deyil. Ekvadorda da xəstəxanada öldüyü bildirilən 76 yaşlı qadın öz dəfn mərasimi zamanı dirilmişdi. Hadisə şahidləri deyirlər ki, “mərhum qadın” tabutun içini döyəcləməyə başlayıb. Həkimlər xəstənin daimi monitorinq altında olduğunu qeyd etsə də, hadisə ilə bağlı əlavə məlumat verməyib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...