"Atama xərçəng olduğunu deyə bilmədik"

"Atamın ciyərinə su yığılmışdı, xəstəxanaya getmək istəmirdi. "Yaxşıyam" deyirdi. Bu minvalla onu xəstəxanaya apardıq və ciyərindən su aldılar. Məni qucaqladı və dedi ki, “Necə yüngülləşdim”.  Amma ağciyər xərçəngi olduğunu bilmirdik. Analizlərini götürdülər, törəmələri əkdilər, bu xəstəliyinin olduğu üzə çıxandan sonra biz ona xərçəng olduğunu deyə bilmədik. Çünki artıq gec idi".

 

Sfera.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova "AStar" yutub layihəsində atası ilə bağlı danışarkən deyib. O, xəstəliyin valideyninin bədənində çox yayıldığını bildirib:

 

"Hacı Nuran Heydər Əliyev Fondunun dəstəyi ilə klinikaların birində müalicə olunmasını təklif etdi. Tərəddüd edirdi, deyirdi ki, “Artıq xəstəxanaya getməkdən yorulmuşam". Daha sonra razılıq verdi, amma kimyaterapiyalar alsa da, bu xəstəlikdən xilas ola bilmədi. Çünki xəstəliyi orqanizmində çox şaxələnmişdi.

 

Bundan sonra yatağa düşdü. Bir çox telekanallar müsahibə almaq istədilər. Lakin atam geri çevirdi. İstəmirdi ki, onu kimsə bu halda görsün. Deyirdi ki, insanların qarşısına necə şux çıxmışamsa, yaddaşlarında da elə qalmaq istəyirəm”.


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...