Ölkəyə qanunsuz yolla 14 “iPhone” keçirmək istədilər

Ölkəyə qanunsuz yolla 14 “iPhone” keçirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. 

 

Gömrük Komitəsindən Sfera.az-a verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub. 

 

Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb.

 

Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və üç qutu tütün məmulatı aşkar edilib. 


OXŞAR XƏBƏRLƏR

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olu...