Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir.

 

Sfera.az xəbər verir ki, 30 noyabr tarixində lotereyanın ikinci tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 073 230  karta məxsus 10 343 316 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 333 kart ilk tirajın qalibi oldu. Uduş fonduna daxil edilən hədiyyələrdən 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 2 ədəd 1 000 AZN dəyərində səyahət paketi,  “Umico Market”dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 “Umico” bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek ikinci tirajda sahiblərini tapdı. Qaliblər haqqında ətraflı məlumat: //bir.bank/bbchwi

 

Xatırladaq ki, Birbank-ın “10 001 hədiyyə” lotereyası 15 dekabr tarixinədək davam edir. Lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 10 000 AZN-lik pul mükafatları, səyahət paketləri qazanmaq şansı verir. Həmçinin “Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponları, “Umico” bonusları və minlərlə keşbek qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir. 

 

Birbank debet və taksit kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla isə  Birbank tətbiqi ilə edilən köçürmələr, taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları istifadəçilərə 5 şans qazandırır. “Umico Market”də debet və taksit kartla alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: //bir.bank/bbltrypr

 

Gün ərzində maksimum 20 əməliyyata görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. Lotereyanın növbəti tirajı 27 dekabr tarixində keçiriləcək. Qaliblər hər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və //birbank.az saytında elan olunacaq. 

 

Xatırladaq ki, lotereyada uduş fonduna daxil olan 2 otaqlı mənzil “Xəzri Rezidens” yaşayış kompleksindəndir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda  “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: //bir.bank/bbxzrpr.

 

Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


OXŞAR XƏBƏRLƏR

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olu...