“Bu dərmanlar isanlarda asılılıq yaradır” – XƏBƏRDARLIQ

“Bu dərmanlar isanlarda asılılıq yaradır” – XƏBƏRDARLIQ

Ağrılar şiddətlənəndikdə ağrıkəsici içməkdən başqa çarə qalmır. Ancaq bəzi hallarda onlardan tez-tez istifadə edilir. Sakitləşdirici təsir göstərən həmin preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərlər də az deyil.

 

Bəs, bu ağrıkəsicilərin hansı zərərləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-terapevt Arzu Hüseynova bildirib ki, bədənində ağrısı olan xəstə bunun səbəbini araşdırmadan ağrıkəsicidən istifadə edəndə dərmanın yan təsirləri ortaya çıxır. Məsələn, böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir:

 

“Mədə qanamaları, mədə yaraları, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı və s. kimi xəstəliklərin çoxunun alt qatındakı səbəb ağrıkəsicilərdir. Bəzən xəstə hansısa dərmandan istifadə edir, faydası olmayanda başqa dərman qəbul edir və ağrıların yenə də keçmədiyindən gileylənir. Deməli, bədəndə gizli gedən proses var və onun ağrıkəsicilərlə keçib gedən bir hal olmadığını göstərir. Başağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində qəbul edilən dərmanlar getdikcə daha az təsir edir və gündəlik ağrı şikayəti yaranır. Ona görə də başağrılarından əziyyət çəkənlər əvvəlcə ağrının səbəbini müəyyənləşdirməlidir”.

 

Həkim-terapevt deyib ki, dərmanlardan asılılıq fizioloji və psixoloji maraq əsasında qruplaşdırılır:

 

“Dərman asılılığını, yəni ağrıkəsici qəbulunu aradan qaldırmaq üçün ilk növbədə bədəndə gedən prosesə təsir göstərib həmin ağrını aradan qaldırmaq lazımdır. Bütün ağrılar aradan qalxandan sonra xəstənin bədəni həmin ağrıkəsicini tələb edirsə, deməli, xəstə hələ də həmin dərmanın ona kömək edəcəyini düşünür. Həmin haldan tamamilə azad olmaq üçün mütləq peşəkar nevropatoloq və ya psixiatrın nəzarəti altında dərman qəbuluna başlanılmalı və onların nəzarəti altında dərman qəbulu dayandırlmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...