Tofiq Orucov VƏFAT ETDİ - FOTO

Tofiq Orucov VƏFAT ETDİ - FOTO

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Tofiq Orucov 48 yaşında ürəktutmasından vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

 

T.Orucov Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olub. 2020-ci il noyabrın 25-də Kəlbəcər erməni işğalından azad olunan zaman rayona ilk daxil olan bölmələrdən birinə komandanlıq edib.

 

Qeyd edək ki, Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində anadan olub. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləyib.

 

O, Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

Polkovnik T.Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə təltif olunub.

 

Qeyd edək ki, T.Orucovun atası və qardaşı Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Xocalının Meşəli kəndində işgəncə verilərək qətlə yetirilib.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olu...