Rus komandirləri mina xəritələrini gizlədiblər

Dünya
14:51 / 01.12.2023
6669
Rus komandirləri Ukraynanın cənubunda minalanmış əraziləri göstərən xəritələri qoşunlarından gizlədiblər.
Sfera.az xəbər verir ki, bununla bağlı Ukrayna Baş Qərargahı açıqlama verib.
Məlumatda qeyd olunub ki, Ukraynanın cənub və şərq bölgələri Rusiya qüvvələri tərəfindən ciddi şəkildə minalanıb.
Bildirilib ki, bu əraziləri minalamaqda əsas məqsəd Kiyeviin əks-hücumlar zamanı əldə edə biləcəyi irəliləyişləri ləngitməkdir.
Xatırladaq ki, Rusiyanın 810-cu dəniz piyada briqadasının ötən ay Xersondakı Krinki kəndi ətrafında 50-yə yaxın əsgəri həlak olub.
Ülkər Abdurahmanlı