Terminallarından oğurluq edən şəxs saxlanıldı - VİDEO

Terminallarından oğurluq edən şəxs saxlanıldı - VİDEO

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb. Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.

 

Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olu...