“Bloomberg” Rusiyanın ən zəngin iş adamlarının siyahısını dərc edib

“Bloomberg” Rusiyanın ən zəngin iş adamlarının siyahısını dərc edib

Rusiyalı iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb.

 

Sfera.az bildirir ki, bu barədə  “Bloomberg” yazı dərc edib. Qeyd olunub ki, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb. Onun sərvəti 24,5 milyard dollara yüksəlib. “Eurochem” və “SUEK”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.

 

Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanaraq sərvətini 9,76 milyard dollara qaldırıb.

 

“Bloomberg”in məlumatın görə, Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov isə ili itki ilə yekunlaşdırmaq üzrədir. Belə ki, onun sərvəti 0,65 milyard dollar azalaraq 8,34 milyard dollara düşüb.

 

Qeyd edək ki, “Bloomberg” 2012-ci ilin martından planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Milyarderlər İndeksi”ni dərc edir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...