DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

“Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi vətəndaşlar tərəfindən cəmiyyətdə razılıqla qarşılanır”​.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub.

 

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik”,-deyə məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...