“Qohum evlilikləri şizofreniya riskini artırır” – HƏKİMDƏN AÇIQLAMA

“Qohum evlilikləri şizofreniya riskini artırır” – HƏKİMDƏN AÇIQLAMA

Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Bu psixozun ən çox görülən formasıdır. Dünyada 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsas əlaməti düşüncə və qavrayışın pozulmasıdır.

 

Statistikaya görə, dünyada 60 milyona yaxın  şizofren var.

 

Şizofreniyanın yaranma səbəblərindən biri isə qohum evliliyidir.

 

Bəs bu hansı hallarda özünü biruzə verir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Adil Əliyev bildirib ki, qohum evlilikləri çox risklidir. Xəstə genlərin bir araya gəlməsi bu nikahlardan doğulan uşaqlarda şizofreniyaya rast gəlinmə ehtimalını artırır.

 

“Hər iki valideyndə şizofreniya varsa, övladın xəstə olması ehtimalı 45-60 faizdir. Ona görə də, ailədə, nəsildə bu problem varsa, hər hansı əlamət olmasa belə, ailə üzvlərinin bu problemlə bağlı araşdırılması, müayinə olunması önəmlidir. Eyni yumurta əkizlərində şizofreniyaya rast gəlinmə faizi yüksək sayılır”.

 

Adil Əliyev bildiri ki, bu xəstəliyə həkim tərəfindən diaqnoz qoyulmalı və qısa zamanda müalicəyə başlanmalıdır. Xəstəliyin ilkin mərhələsində mövcud simptomlar dərmanlarla kontrol altına alınır, vəziyyəti stabilləşdirilir və müalicəyə uyumlu hala gətirilir. Erkən diaqnoz qoyularsa, müalicə olunarsa, xəstələrin çoxu günlük həyatlarına davam edə bilərlər.

 

Həkim son olaraq əlavə edib ki, diaqnoz gec qoyulduqda, müalicələrdə axsamalar olduqda xəstəlik xroniki hala keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına nəzarət edə bilməsi, ev işləri və ya yüngül işlərdə çalışması, dostluq, qohumluq əlaqələrini davam etdirə bilməsidir. Bir sözlə, xəstəlik səbəbindən itirilmiş sosial vəzifələr yenidən qazandırılır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...