ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirilib

ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirilib

Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər.

 

Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf məsələlərinə nəzər yetirilib.

 

Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları //kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edildi

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İ...

Bakı-Sumqayıt yolunda ZƏNCİRVARİ QƏZA – VİDEO

  Bakı-Sumqayıt avtomagistralında bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barəd...