“Otaqda bizdən 2 saat əvvəl qızılcalı xəstə olubsa...” – Professor nələr etməli olduğumuzu AÇIQLADI

“Otaqda bizdən 2 saat əvvəl qızılcalı xəstə olubsa...” – Professor nələr etməli olduğumuzu AÇIQLADI

“Qızılcanın kəskin artımı qaçılmazdır, lakin bu, qorxulu hal deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında professor, tibb elmləri doktoru Musa Qəniyev deyib. O qeyd edib ki, istənilən infeksiyanın potensial fəallığını dəyərləndirilən iki əsas göstərici olur: 

 

“Biri yoluxduruculuq qabiliyyəti, digəri ölüm yaratma riski, yəni letallıq əmsalıdır. Yoluxduruculuq qabiliyyətinə görə, qızılca bütün məlum virus infeksiyaları içində birincidir. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt da lazım deyil . Olduğumuz otaqda bizdən 2 saat əvvəl qızılcalı xəstə olubsa, yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna hal kimi təqdim olunmamalıdır”.

 

Mütəxəssis bildirib ki, ölüm yaratma riskinə görə qızılca digər virus infeksiyalarında geridədir:

 

“Qızılca ölümə səbəb olmaq riskinə görə yalnız parotit  və su çiçəyindən öndədir. Ümumiyyətlə, qızılcaya ən həssas insan qrupu 4 yaşına qədər uşaqlar yoluxur. Burada ən ehtibarlı qorunma vasitəsi peyvəndləmədir. Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır ki, aparılır. Ölkəmizdə isə peyvənd hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir. Bəzi özəl sektorda müxtəlif qiymətlər deyilə bilər, əslində bu peyvəndin dünya bazarında real qiyməti 1 dollardan aşağıdır.  Qızılca zamanı formalaşan təbii immunitet isə daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir”.

 

M.Qəniyev vurğulayıb ki, bu gün uşaqların həyatı üçün heç bir təhlükə yoxdur:

 

“Sadəcə onlar peyvənd olunmaqla qorunmalıdırlar. Həmçinin, uşaqların kənar şəxslər tərəfindən öpülməsinə, onlara nəfəs verilməsinə, o cümlədən “çöpçü”yə aparılmasına, digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...