“Kapital Bank” əmanət faizlərini artırdı

“Kapital Bank” əmanət faizlərini artırdı

Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan “Kapital Bank” ASC depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit manat valyutası üzrə 12 aylıqda 9%-ə, ABŞ dolları valyutası üzrə isə 36 aylıqda 3,5 %-ə qədər artırılıb.

 

Manat valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilə qədər aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

 

Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən dollar valyutası üzrə əmanətin müddəti 12 aydan 36 aya qədər müəyyən edilib. Depozit üçün minimum 500 dollar olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 dollar artırmaq olar. Faizlər aylıq və yaxud müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir.

 

Bundan başqa, tezliklə “Birbank” mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9 % gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.

 

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın “Kapital Bank” filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: //kbl.az/kdpr

 

140 ildən çox tarixə malik olan “Kapital Bank” depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ “Kapital Bank”ı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib.

 

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...