14 yaşlı uşağı öldürüb, xlorla əritmək istədilər - FOTO

14 yaşlı uşağı öldürüb, xlorla əritmək istədilər - FOTO

Amerikada çox hörmətli və sayılıb-seçilən ailəyə mənsub biri 18, digəri 19 yaşında olan iki dost Amerika xalqını şoka salan hadisə törədib.
 

Sfera.az bu yazıda bütün dünyaya səs salan hadisənin təfərrüatlarını təqdim edir.
 

Serialı qatillərin ruhi xəstə hesab edildiyi bir vaxtda belə savadlı gənclərin öldürülməsi cəmiyyətdə böyük sarsıntı yaratmışdı...
 

Yetkinlik yaşının 23 sayıldığı bir dövrdə, həmin dövrün şərtlərinə görə "uşaq" adlandırılan Leopold və Loeb adlı iki dost Loebin uzaq qohumu olan 14 yaşlı Bobbi Franksı öldürürlər. Bu cinayəti dəhşətli edən fakt isə, uşağın cəsədini xlorla əritməyə çalışmaqları olub.


Qətli törətdikdən sonra uşağı xlorla məhv etməyə cəhd etsələr də, ikili buna nail ola bilməyib və bəzi dəlilləri də hadisə yerində unudublar.


Tam əridə bilmədiklərinə görə cəsəd çox tez tapılıb. Eyni zamanda Leopold eynəyini və əvvəllər oğurladıqları yazı makinasını hadisə yerində unudub.


Leopold və Loeb 10 gün ərzində tutuldu və dəlilikdə ittiham olunmadılar. Cinayətlərini etiraf edən ikili münsiflər heyəti qarşısına çıxmaqdan yayındıqları üçün ölüm cəzasına da məhkum edilməyib.


Hadisə Amerika cəmiyyətində böyük qorxu yaradıb. Çünki o zaman bu qatillər uşaq sayılırdı.


Bu səbəbdən cəmiyyətin “uşaqlara” inamı sarsılmağa başladı.


Üstəlik, onların hər ikisi ölkənin ən hörmətli ailələrindən idi.


Yaxşı təhsil almış və magistr dərəcəsi almış Leopold və Loeb etdiklərinə görə zərrə qədər də peşman olmadıqlarını etiraf etdilər.


Hadisə baş verən zaman seriyalı qatillər ruhi xəstə sayılırdı. Həm də hələ “seriyalı qatil” anlayışı olmayanda iki savadlı gəncin bu hadisəni törətməsi ictimaiyyəti şoka salmışdı.


İki gəncin fikirləri Nitsşeyə əsaslanırdı. Onlar nə etdiklərinin fərqində olduqlarını və bunu qəsdən etdiklərini bildiriblər.
Bütün bunlara əlavə olaraq, ictimaiyyət Leopold və Loeb arasında homoseksual münasibət olduğunu iddia etdikdən sonra onları "şeytan" kimi görməyə başlayıb.


Çünki o zaman bu tip hadisələrin başqa izahını tapa bilmirdilər.


Leopold və Loeb həbs cəzasına məhkum edilib.


Loeb həbsxanada 56 bıçaq zərbəsi ilə öldürülüb. Leopold isə həbsxanada 28 dil öyrənərək, 34 il sonra azadlığa buraxılıb.

 

Azadlığa buraxılmasına 10 ildən çox vaxt qalmasına baxmayaraq, sərbəst buraxılan Leopold Puerto Rikoda məskunlaşaraq quşlar üzərində araşdırmalar aparmaqla məşğul olub.


Nə qədər ironik də olsa, dünya şöhrətli Ornitoloq (quşları öyrənən zooloq) olan Leopold 1971-ci ildə ürək tutmasından ölüb.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....