Culiya Roberts əkiz övladlarının nadir fotolarını PAYLAŞDI

Culiya Roberts əkiz övladlarının nadir fotolarını PAYLAŞDI

56 yaşlı Hollivud aktrisası Culiya Roberts 19 yaşı tamam olan əkiz övladlarının nadir fotolarını paylaşıb.
 

Sfera.az bildirir ki, aktrisa arxiv fotolarını İnstaqram səhifəsində yayımlayıb.

 

Aktrisa əkizlərin ad günü münasibəti ilə qucağında qızı Hezel Patrisiya və oğlu Finneas Uolterlə fotosunu yayımlayıb.
 

Qeyd edək ki, Culiya Roberts sosial şəbəkələrdə nadir hallarda şəxsi həyatını göstərir, ona görə də bu cür paylaşım aktrisanın kifayət qədər cəsarətli hərəkəti sayılır.


Qeyd edək ki, aktrisa 20 ildən çoxdur kinematoqraf Daniel Moderlə evlidir.


Toydan iki il sonra cütlüyün əkiz övladları olub. Üç il sonra cütlüyün Henri Daniel Moderavid adlı başqa bir oğlu dünyaya gəlib.
 

Culiya ailəsi ilə Nyu-York və Tahoda yaşayır. Aktrisanın Kaliforniya ştatının Malibu şəhərində də malikanəsi var.
 

2022-ci ildə verdiyi müsahibədə Culiya Roberts xəyal etdiyi ailəyə sahib olduğunu etiraf edib. O, ideal ər və xəyal etdiyi ailəyə sahib olduğu üçün vaxtının çoxunu onlarla keçirməkdən xoşbəxtlik duyduğunu bildirib.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...