Əcnəbilər yaşayan hosteldə yanğın - 13 nəfər öldü

Əcnəbilər yaşayan hosteldə yanğın - 13 nəfər öldü

Qazaxıstanın keçmiş paytaxtı Almatıda hostellərdən birində yanğın baş verib, nəticədə 10-dan çox adam ölüb.

 

Sfera.az bildirir ki, bu barədə Almatı şəhər Fövqəladə Hallar İdarəsi məlumat yayıb.


Yerli hakimiyyət orqanlarının məlumatına görə, hostel yaşayış binasının zirzəmisində qurulub. Sahiblərinin buranı açmaq üçün icazəsi olmayıb. Ölənlərin dəm qazından zəhərləndiyi ehtimal edilir. Əvvəllər bura üç mərtəbəli evin zirzəmisi olub və hostel yeni açılıb.


Yanğın səhər tezdən baş verib. Xilasedicilərin bildirdiyinə görə, yanğın zirzəminin dəhlizində olub.

"Yanğının söndürülməsi zamanı ilkin olaraq 13 cəsəd aşkarlanıb, onların şəxsiyyəti müəyyənləşdirilir. Hamısı dəm qazından zəhərlənərək ölüblər" - Almatı Fövqəladə Hallar Departamentinin açıqlamasında bildirilir.


İlkin məlumatlara görə, yataqxanada 72 nəfər olsa da, onlardan 59-u özləri çölə çıxaraq həyatını xilas edə bilib. Üç nəfər xəstəxanaya çatdırılıb, həkimlər onlara lazımi köməklik göstərirlər. Yanan binanın qalan sakinləri yaxınlıqdakı məktəbə yerləşdirilib.
 

Yanğının söndürülməsinə 46 nəfər canlı qüvvə və 13 texnika cəlb olunub. Yanğının dəqiq nədən baş verməsi hələlik məlum deyil, istintaq aparıılır.
 

Almatı meri Aidar Jakybayev hosteldə əsasən tələbələrin yaşadığını bildirib. Onların bəziləri tibb universitetinin tələbələri olub, əksəriyyəti Pakistandan Qazaxıstana gəlib.


Almatı şəhərinin fövqəladə hallar departamentinin rəhbəri Nurlan Atıqayev də qeyd edib ki, hostel cəmi 1,5 aydır fəaliyyət göstərir. Açılan zaman icazəsi olmayıb. Onun sözlərinə görə, zirzəminin təyinatı olmadan dəyişdirilməsi qadağandır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...