Türkiyə ordusundan PKK-a daha bir zərbə
Dünya
11:45 / 11.11.2016
1140
Türkiyə Silahlı Qüvvələrinin Tünceli əyalətində PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı xeyli sayda terrorçu zərərsizləşdirilib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlardan sonra ərazidə 5-i qadın olmaqla 14 terrorçunun cəsədi tapılıb.
Ərazidən xeyli sayda silah və sursat götürülüb. Əməliyyatlar davam etdirilir.