İsraildə terrorçular mülki əhaliyə atəş açıb - Ölən və yaralananlar var

İsraildə terrorçular mülki əhaliyə atəş açıb - Ölən və yaralananlar var

Səhər saatlarında İsraildə atışma baş verib. Açılan atəş nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb.


Sfera.az bildirir ki, atışma Qüdsdən çıxan kəsişmədə baş verib. Maşınla gələn iki hücumçu avtobus dayanacağında dayanan mülki şəxslərə atəş açıb. Hər iki cinayətkar məhv edilib.
 

“İsraelHalomun” nəşrinin məlumatına görə, hücum edənlər avtomobili yol ayrıcında saxlayaraq, tüfəng və tapança ilə mülki şəxslərə atəş açmağa başlayıblar. Onlar yerindəcə məhv edilib.
 

Terrorçular 24 yaşlı qadını və 73 yaşlı kişini öldürüblər. Daha 7 yaralı xəstəxanaya yerləşdirilib.
 

“İsraelHayom” iki nəfərin həlak oıduğunu bildirsə də, “Globes” daha sonra atışma nəticəsində ölənlərin sayının 3 nəfərə çatdığını bildirib. Üçüncü ölənin də qadın olduğu bildirilir. Onun yaşı məlum deyil.
 

Hadisə şahidləri terrorçuların hadisə yerinə onlardan birinə məxsus “Ford” markalı avtomobillə gəldiyini yazıb. Sonradan həmin avtomobildə yüzlərlə güllə gilizləri tapılıb.
 

Terrorçuların iki ehtiyatda olan hərbçi və hadisə yerinin yaxınlığından keçən bir mülki şəxs tərəfindən məhv edildiyi bildirilir.
 

Atışma nəticəsində ölənlərin bir neçəsinin vəziyyəti ağırdır.
 

Qüdsə gedən magistral yol hazırda bağlıdır, hadisə yerində polis işləyir.
 

"Bu hadisə silah paylanmasının nə qədər vacib olduğunu sübut edir. Bütün tənqidlərə baxmayaraq, biz silahların paylanmasına davam edəcəyik"- deyə Knesset naziri İtamar Ben-Gvir bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...