Moskvanın "ofsayt"a salındığı Qazax görüşündə razılaşma olacaqmı? – “Ermənilər 31 kənd tələb edir”

Moskvanın

Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində Baş nazirin müavini Şahin Mustafayevlə erməni həmkarı Mqer Qriqoryan arasında görüş başlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır:

 

“Azərbaycanla Ermənistan arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir. İrəvan işğal altında qalan Qazaxın 7 və Kərki kəndinin azad edilməsinə qarşı “erməni kəndləri” iddiasını irəli sürüb. Digər tərəfdən, sərhəd məsələsində hansısa razılaşma, xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Görüşün Qərb cəbhəsi isə bununla razılaşmayacaq”.

 

Ekspert Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddialarını xatırladıb:

 

“Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirib ki, Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır. İrəvan “31 kənd” dedikdə Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri nəzərdə tutur. Bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Yəni, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir”.

 

Xatırladaq ki, delimitasiya ilə bağlı indiyə qədər 4 görüş keçirilib. Onlardan ikisi sərhəddə - Arazdəyən və Qazaxda, ikisi isə xaricdə - Moskva və Brüsseldə baş tutub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...