Kütləvi davada 4 yeniyetmə bıçaqlandı - Saxlanılanlar var

Cəmiyyət
11:10 / 30.11.2023
7615
Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.