Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO

Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO

Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.

 

Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi?

 

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirib ki, limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması təmsil olunduğu qurumun səlahiyyətində olan məsələ deyil.

 

Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gündəmə gətirib. O hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.

 

Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.

 

O hesab edir ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...