Bakıda bir nəfər hamamda dəm qazından öldü

Cəmiyyət
10:03 / 30.11.2023
5139
Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.