Məşhur mafiya liderinin “İrishman” filminə mövzu olan sirli ölümü - Onu kim və niyə qətlə yetirib? 

Məşhur mafiya liderinin “İrishman” filminə mövzu olan sirli ölümü - Onu kim və niyə qətlə yetirib? 

Rejissoru Martin Skorsezen, ssenaristi Stiven Zaillian olan “İrishman” (İrlandiyalı) Amerika istehsalı olan cinayət filmidir(2019-cu il). Baş rollarda Robert De Niro, Al Paçino və Co Pesçinin iştirak etdiyi bu film Çarlz Brandtin bestselleri əsasında çəkilib. Bu filmin əsl hekayəsi isə olduqca qaranlıqdır.

 

Sfera.az bu yazıda kim tərəfindən öldürüldüyü hələ də sirr olaraq qalan mafiya lideri haqqında məlumat təqdim edir:

 

1930-cu illərdə məhsuldar təşkilatçı olan Cimmi Hoffa (Jimmy Hoffa) heç vaxt yük maşını sürməməsinə baxmayaraq, 50-ci illərdə o dövrün ən güclü birliklərindən biri olan "Beynəlxalq Yük maşınları Qardaşlığı"nın rəhbəri oldu. "Beynəlxalq Yük maşınları Qardaşlığı" qısaca desək, mavi yaxalıqlı işçilərdən və əsasən sürücülərdən ibarət birlikdir. Onların lideri olaraq Hoffa daha mərkəzləşdirilmiş bir təşkilat yaratmaq üçün tez-tez “yeraltı” qruplarla işləyirdi. Onun mafiya ilə əlaqəsi Detroitdə başladı və sonra tədricən genişləndi. O qədər məşhurlaşmışdı ki, yoldaşlarından biri, 25 il onun vəkili olmuş Uilyam E. Bufalino "“Yük maşınları Qardaşlığı"ında heç vaxt onun kimisi olmayacaq” demişdi. Təəccüblü deyil ki, bu vəziyyət təxminən 1957-ci ildə Federal Təhqiqat Bürosunun (FBİ) diqqətini çəkdi və iş o zaman ABŞ-nin baş prokuroru olan Robert Kennedinin qulağına çatdı. Nəhayət, Kennedinin səyləri nəticəsində Hoffa həbs olundu.

 

Onu da qeyd edək ki, o, Kennedinin istədiyi səbəblərə görə deyil, münsiflər heyətinə rüşvət təklif etdiyi üçün həbs edilib. Sonra 1971-ci ildə ABŞ Prezidenti Riçard Nikson Hoffanı əfv edərək öz maraqları naminə azadlığa buraxdı. Ancaq bu amnistiyanın bir şərti olacaqdı: 10 il ittifaq fəaliyyəti ilə məşğul olmamaq. Təəccüblü deyil ki, bu Hoffanın xoşuna gəlmədi və vəziyyətdən necə çıxacağını planlaşdırmağa başladı. Bəlkə də, onun planları uğurlu olacaqdı, amma təəssüf ki, 1975-ci il iyulun 30-da bir restoran dayanacağında yoxa çıxdığı üçün bunu bilmək heç vaxt mümkün olmadı. Yoxa çıxmazdan əvvəl Hoffa o dövrün ən qanlı qanqsterlərindən biri ilə nahar təşkil etmişdi. Saat 13:15-də evdən çıxan Hoffa həyat yoldaşına saat 16:00 radələrində evə qayıdacağını desə də, saat 14:45-də zəng edərək restoranda heç kimin olmadığını bildirib. Saat 14:27-də o, həmkarlar ittifaqından olan dostu Lui Lintoya zəng edərək “başdan edildiyini” demişdi. Linto ona ofisinə getməsini tapşırıb.Bu, Hoffanın son ünsiyyəti olub.

 

Hoffanı özünə düşmən görənlər çox idi. Eyni zamanda məsələni qəlizləşdirən səbəblər də çox idi. Federal Təhqiqat Bürosunun təhqiqatında iştirak edən agentlərdən biri olan Con Entoni deyirdi:

 

“Bu, çox çətin cinayət iş idi. 10 il əvvəl Hoffanı həbsxanaya göndərən biz olduğumuz üçün onun ətrafındakı heç kim FTB ilə əməkdaşlıq etmək və ya bizlə danışmaq istəmirdi”.

 

Hoffanın avtomobili restoranın yaxınlığında tapılıb, lakin özündən əsər-əlamət olmayıb. FTB-nin işini də çətinləşdirən şahidlər, ifadələr və sübutların olmaması idi. Həmin gün onunla görüşdə şübhəli bilinən Provenzano və Giakalone restoranda yemək təşkil etmədiklərini, həmçinin həmin gün başqa yerdə olduqlarını sübut edə biliblər. İlk vaxtlar onun girov müqabilində qaçırılması və ya öz izini itirmək üçün könüllü olaraq yoxa çıxması kimi ssenarilər irəli sürülsə də, zaman keçdikcə öldürülməsi fikri önə çıxdı. 1982-ci ildə, yoxa çıxdıqdan yeddi il sonra, Miçiqan ştatı Hoffanın öldüyünü rəsmi olaraq elan etdi.

 

2004-cü ildə hadisə ilə bağlı bir irəliləyiş oldu. Həmin il keçmiş prokuror Çarlz Brandt “Eşitdim ki, evləri boyayırsan” adlı kitab nəşr etdirdi. Kitabda Brandt Hoffanın cangüdəni Ed Şiran tərəfindən öldürüldüyünü yazıb. Lakin Harvard Universitetinin araşdırması da daxil olmaqla bir çox araşdırma bunun doğru olmadığını irəli sürüb. Aradan keçən 48 il ərzində isə Ceyms Hoffanın kim tərəfindən və nə üçün öldürüldüyü hələ də sirr olaraq qalır.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...