Nasistlərin dəhşətli qırğın törətdiyi qanlı bölgə - Ponar meşəsi + FOTOLAR

Nasistlərin dəhşətli qırğın törətdiyi qanlı bölgə - Ponar meşəsi + FOTOLAR

İndiki Litvanın, yəqin ki, adını heç eşitmədiyiniz Ponar meşəsi XX əsrin ən qəddar hadisələrindən birinə səhnə olması ilə məşhurdur.


Belə ki, nasistlər öz işğal sahələrini genişləndirərkən ən dəhşətli qırğınlardan birini də burada törədiblər.

 

Sfera.az "Ponar qırğını" ilə bağlı bəzi faktları təqdim edir:

 

Bu gizli yerdə 100 mindən çox insan məhv edilib.

 


Ponar sovet zülmündən təzəcə xilas olaraq, nasist vəbasına düçar olmuş polyakların ən çox əziyyət çəkdiyi yerdir.


Baş verənlərdən 70 il sonra Ponar meşəsindəki sirrin üstü açılıb.

 

Belə ki, bir qrup alim neft çıxarmaq üçün qazıntı işləri apararkən tunel aşkarlayıblar. Bu tunel məhkumların azadlığa çıxmaq ümidi olub. 
 

Uzunluğu 35 metr olan həmin tunel yalnız yalın əllər və qaşıqlarla qazılıb...

 


1944-cü il aprelin 15-nə keçən gecə 40 məhbus qazdıqları bu tunellə qaçmağa başlayıblar.


Qaçanların çoxu tutularaq edam edilsə də, 11 nəfər azad olmağı bacarıb.


Qətllərin son dərəcə gizli həyata keçirildiyi "Ponar qırğını" haqqında məlumatlar həmin 11 nəfərin xatirələrində qalanlardır.

 

Aynil Camal

 

 

 


OXŞAR XƏBƏRLƏR