Balakəndə yol qəzasında həlak olanların, yaralıların adları - FOTO

Balakəndə minik avtomobillərinin toqquşması zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Sfera.az xəbər verir ki, onların müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında davam edir.
Həmin şəxslərin adı aşağıdakı kimidir:
İlkin Məhəmməd oğlu Hetayev (1986);
Hafiz Rövşən oğlu İsmayılov (1999);
Nizaməddin Teyubhacı oğlu İsmayılov (1956);
Gülarə Dadaş qızı İsmayılova (1960);
Gülarə Piriyeva (Təvəllüdü məlum deyil).
***
Saat 19:24
Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub.
Sfera.az-ın məlumatına görə, rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.
Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.(APA)