Xanımını itirən 99 yaşlı sabiq prezident özünə məzar qazdırdı - FOTOLAR

Xanımını itirən 99 yaşlı sabiq prezident özünə məzar qazdırdı - FOTOLAR

ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Atlantada həyat yoldaşı Rozalin Karterin anım mərasimində iştirak edib.

 

Sfera.az xəbər verir ki, sabiq prezident Rozalin Karterlə 77 ildən çox evli olub. Xanım Karter noyabrın 26-da vəfat edib və bu gün dəfn olunub. 

 

Vida mərasimində Melaniya Tramp və Mişel Obama da daxil olmaqla əksər birinci xanımlar iştirak ediblər. Donald Tramp və Barak Obamanın mərasimdə iştirak etməməsi isə suallar yaradıb.

 

Cimmi Karter uzun illər evindən kənara çıxmayıb. Lakin nəvələrindən birinin dediyi kimi, Karter “səyahətinin sonunda” olmasına baxmayaraq, sevimli həyat yoldaşı ilə vidalaşmaq üçün evini tərk edib.

 

Cimmi Karterin oktyabrın 1-də 99 yaşı tamam olub. Vəfat edən Rozalin Karter isə 96 yaşında olub.

 

Rozalin Karterə may ayında demensiya diaqnozu qoyulub. Cütlüyün - Cek, Çip, Ceff və Emi adlı övladları, 11 nəvəsi və 14 nəticəsi var.

 

Onların tanışlıq hekayələri çox maraqlı olub. Belə ki, anaları rəfiqə olan cütlük Corciya ştatının Plains şəhərində eyni xəstəxanada doğulublar. Üç yaşlı Cimmi sevimli xanımı ilə 3 günlük olarkən tanış olub.Cimmi və Rozalin uşaqlıqdan birlikdə böyüyüblər.

 

Karter 1946-cı ildə ABŞ Dəniz Akademiyasını bitirdikdən qısa müddət sonra cütlük evlənib.

 

Evləndikdən sonra hər ikisinin əməyi olan fıstıq biznesini inkişaf etdirmək üçün Corciya ştatına qayıdıblar. Cütlüyün adı Braun Təhsil Şurasına qarşı irqi gərginliklər fonunda daha çox siyasi işlərə qarışıb və Cimmi gözlənilmədən siyasi arenaya çıxıb. Hər yeni kampaniyada Rozalin pərdəarxası strategiyanın hazırlanmasında Cimmiyə kömək edib və hər zaman həyat yoldaşını dəstəkləyib. 

 

Ağ Evi tərk etdikdən sonra isə onlar birgə Karter Mərkəzini təsis ediblər. Daim ictimai çıxışlarla yadda qalan fəal cütlük Plainsdəki mülklərində yaşayıblar.

 

Cimmi Karter artıq həyat yoldaşının dəfn edildiyi yerdə özünə də məzar yeri hazırlatdırıb.

 

Xatırladaq ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ prezidenti olub. Seçildikdən dörd il sonra Ronald Reyqana məğlub olub. Bu postda Karterin iştirakı ilə İsrail və Misir arasında bu günə qədər qüvvədə olan sülh sazişi imzalanıb. O, həmçinin inflyasiya və İranın girov böhranı ilə yadda qalıb.

 

Aynil Camal

 

 


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...