Türkiyədə 42 yaşlı modeli və qızını öldürüb uçurumdan atdılar - FOTO

Türkiyədə 42 yaşlı modeli və qızını öldürüb uçurumdan atdılar - FOTO

Türkiyədə rusiyalı model və qızının mələfəyə bükülmüş cəsədləri tapılıb. 

 

Sfera.az xəbər verir ki, cəsədlər Bodrum şəhərində yamacda aşkar edilib. Onları ərazidə patrul xidməti aparan polis əməkdaşları görüblər.

 

Güllələnərək öldürülən qadınla 15 yaşlı qızının əl və ayaqları bağlı olub.  

 

42 yaşlı İrina Dvizova Türkiyənin kurort şəhəri Bodrumda model kimi çalışıb. O, Türkiyədə dəbdəbəli geyim markalarının modeli olub.

 

 

Rusiya mətbuatı qadının Türkiyədə ev alqı-satqısı ilə məşğul olduğunu, vaxtilə model kimi fəaliyyət göstərdiyini yazıb.Qadın Bodrumda qızı ilə villa kirayələyibmiş.

 

Polis artıq araşdırmalara başlayıb.

 

Məlum olub ki, İrina Dvizova və qızı bir neçə gün əvvəl yoxa çıxıb. Yaxınları onları axtarışa veriblər.  Villadakı divanda qan izləri aşkarlanıb.

 

Müşahidə kameralarına düşən görüntülərdə qatilin İrina Dvizovanı və qızını güllələdiyi, cəsədlərini mələfələrə bükdüyü görünür. 

 

Qətldə əsas şübhəli İrina Dvizovanın Finlandiya vətəndaşı olan əridir.


"45 yaşlı Andrey Kusleviç hal-hazırda əsas şübhəlidir. Qısa müddət Rusiyada da yaşayıb. Əvvəllər də adı qanun pozuntularında hallanıb. 2017-ci ildə Monako hakimiyyətinin tələbi ilə Moskvada saxlanılıb. Kusleviç bir oliqarxın mühafizəçisi işləyib və onun evini qarət edib" - məlumatda bildirilir.


Kusleviçin İrina ilə evliliyindən 5 yaşlı bir oğlu da var. Hüquq-mühafizə orqanları qatilin cinayəti törətdikdən sonra Litvaya qaça biləcəyini istisna etmir.

 

Aynil Camal


 


OXŞAR XƏBƏRLƏR