Naxçıvan polisi tərəfindən son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvan polisi tərəfindən son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 67 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 6 ədəd odlu silah, 4 ədəd avtomat darağı, 262 ədəd müxtəlif çaplı sursat, 1 ədəd optik snayper nişangahı, 2 ədəd qaz tapançasını təhvil verib.

 

Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, 1 ədəd avtomat xəzinəsi və 2 ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.

 

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

 

Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz yollarla aksiz markası olmayan tütün məhsullarının, güclü təsirə malik dərman vasitələrinin və saxta dollarların satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqı davam etdirilir.

 

Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.

 

Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.


OXŞAR XƏBƏRLƏR

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...