“İsveçin ratifikasiyası mümkün qədər tez olmalıdır” - NATO Baş katibi

“İsveçin ratifikasiyası mümkün qədər tez olmalıdır” - NATO Baş katibi

“İsveçin ratifikasiyası mümkün qədər tez olmalıdır”.

 

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, alyansın üzvləri bugünkü iclasda İsveçlə bağlı təklifi müzakirə ediblər.

 

“NATO müttəfiqlərinin mesajı çox aydın idi -  biz ratifikasiyanın mümkün qədər tez başa çatdırılmasını istəyirik”, deyə Stoltenberq bildirib.

 

O həmçinin, Türkiyə rəhbərliyinin keçən yay sammit zamanı ratifikasiya ilə bağlı sözünü də xatırladıb:

 

“Onlar bizə Türkiyə parlamenti ilə işləməyə söz vermişdilər. Bu proses nə qədər sürətli olsa, bir o qədər yaxşıdır. İsveçin tamhüquqlu üzv olması bütün NATO müttəfiqləri üçün yaxşı olacaq”.

 

Xatırladaq ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Oba Market”in kassiri 50 qəpiyə görə öldürülübmüş..

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.   Sfera.az “Qafqazinfo”ya istinadla hadi...

Qadağan olunmuş zona: Müharibə naminə xəritədən silinmiş kəndin sirləri - FOTO

İngiltərədə elə bir yer var ki, burada nadir hallarda insan ayaq basır. İmber kəndi 1943-cü ildən xəritədəm “silinib” və o vaxtdan bəri bağlı qalıb....

Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə ölüb.   Hadisə Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.   Paytaxt sakini 60 yaşlı İmaməli Qüdrət oğlu Rüstəmov obye...

Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur

Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.   Sfera.az xəbər verir ki, aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə (964 min ...

Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?

Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil...

Türkiyədə meşə yanğınları: 17 nəfər saxlanıldı

Son 15 gün ərzində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınlarının törədilməsində əli olan 17 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu bar...